Tanınmış Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov vəfat edib

Azərbaycan xalq yazıçısı, dramaturq, ssenarist, Azərbaycan Milli Məclisinin keçmiş deputatı Maqsud İbrahimbəyov 81 yaşında vəfat edib. Bu barədə Trend Azərbaycan Yazıçılar Birliyinin saytına istinadən xəbər verir.

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.

Yazıçı “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub. Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.

  Allah rəhmət eləsin!