Görkəmli tənqidçi və tərcüməçi Əziz Şərifin doğum tarixidir

Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Əziz Qurbanəli oğlu Şərifzadənin (Əziz Şərif) doğum tarixidir.

SalamNews-un məlumatına görə, Əziz Şərif 1895-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

Ə.Şərifin "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illərində Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlayıb. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib.

O, ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunmuş "Naxçıvandan məktublar"ı ilə başlayıb. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərib, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən ana dilinə çevirib.

Əziz Şərif 1989-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat edib, Naxçıvan şəhərində dəfn olunub.

  "Yaşıl çay"