Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı çapdan çıxıb

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabını oxuculara təqdim edib.  

"Yaşıl çay" xəbər verir ki, kitabda yer almış  şeirlərin sətri tərcüməsini Zahid Məmmədov, bədii tərcüməni Afaq Məsud reallaşdırıb. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.

“Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. 

Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır. 

  "Yaşıl çay"