Həkimlər Vaqif Bayatlı ilə bağlı qərar verdi

Dünən Türkiyəyə müayinəyə aparılan Azərbaycanın tanınmış şairi Vaqif Bayatlının ürək və beyin əməliyyatı olunacağı barədə xəbər yayılmışdı.

Lakin şairin ailəsi bu informasiyanı təkzib edib.

Vaqif Bayatlının həyat yoldaşı Tamam xanımınModern.az-a bildirdiyinə görə, Türkiyənin Memorial xəstəxanasında şairlə bağlı başqa qərar verilib.

Yeri gəlmişkən, Vaqif Bayatlı Memorial xəstəxanasına Azərbaycandan professor Adil Qeybullanın müşayəti ilə aparılıb.

“Dünən ordakı kardioloq və beyin cərrahları Adil Qeybulla da daxil olmaqla konsilium keçiriblər. Qərara alınıb ki, şair əməliyyat olunmasın. Vaqif müəllim Azərbaycanda hələ tətbiq olunmayan bir üsulla bir həftə müalicə aldıqdan sonra həftəsonu Bakıya qayıdacaq”,- Tamam Bayatlı bildirib.

  "Yaşıl çay"