DÜNYA ƏDƏBİYYATI. EZRA LUMİS PAUND. ŞEİRLƏR

Ezra Lumis Paund 1885-ci il oktyabrın 30-da Aydaho şt. Heyli şəhərində anadan olub. Pensilvaniya Universitetində və Hamilton kollecində təhsil almışdır. O, 20-ci əsr ingilis-amerikan ədəbiyyatının əsas simalarından biri idi. T.Eliot onu Dantenin kəlamı ilə belə xarakterizə etmişdir: ”O, məndən kamil sənətkardır.”  Ziddiyyətli baxışlara malik böyük istedad sahibi və novator olan Paund tezliklə Avropaya köçmüşdür. İlk şeirlər kitabı da Venetsiyada çap olunmuüdur. 

  Ezra Paundun yaradıcılığı çoxşaxəli idi. ”Nəğmələr”(Santos) adlı irihəcmli əsəri onun yaradıcığında xüsusi yer tutur. Yunan, çin, yapon və digər mədəniyyətlərə müraciətlər əsərin ana xəttini təşkil edir. Əsər yarımçıq qalmışdır.

Çoxsaylı şeirlər, esselər, tərcümələr müəllifi E.Paund 1972-ci ildə vəfat etmişdir.  

                                         GÖZLƏNİLMƏZ  GÖRÜŞ

Onlar yeni moral haqqında danışarkən

Onun gözləri oxuyurdu məni.

Və  getmək üçün ayağa qalxarkən mən,

Onun barmaqları sanki ipəyə döndü,

Yapon  dəsmalı kimi.

                                       DÜŞÜNCƏ

Mən bilirəm,

Nitsşe nə haqda danışıbsa,- həqiqətdi,

 Amma bununla yanaşı,

Mən küçədə cıqqılı bir uşaq gördüm,-

O necə də gözəl idi.

                                          ALBA

 Buz kimiydi ,

Sanki inciçiçəyin nəmli, solğun ləçəkləriydi.

Mənim yanımda uzanmışdı

Sübhçağı.

 

  Tərcümə Sərraf Talıbındır

       "Yaşıl çay"