MSK sənədlərin təqdim etmə tarixini açıqlayıb

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

SalamNews xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.

Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi - Səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək (martın 12-si) davam edir.

  "Yaşıl çay"