ATƏT DTİHB növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycana qiymətləndirmə missiyası göndərəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır.

ATƏT DTİHB-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təşkilat iş prinsipinə uyğun olaraq, əvvəlcə Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. Onların məsləhətləri əsasında isə müşahidə missiyasının formalaşdırılıb-formalaşdırılmaması barədə qərar qəbul ediləcək.

ATƏT DTİHB-dən bildirilib ki, hazırda ekspert qiymətləndirmə missiyasının formalaşdırılması üzrə işlər aparılır.

  "Yaşıl çay"