İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İsveçrə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Bu barədə Trend-ə İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Departamenti deyib.

Departament bildirib: "İsveçrə Konfederasiyası heç vaxt nə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, nə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb".

İsveçrə Konfederasiyası Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına maneə törətdiyini düşünür, departament qeyd edib.

  "Yaşıl çay"