Federika Mogerini: "Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

"Azərbaycan Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşdır və Aİ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, iclas zamanı Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün əsas aspektləri, o cümlədən Azərbaycanla Aİ arasındakı yeni saziş, enerji sahəsində əməkdaşlıq, ticarət və s. məsələlər müzakirə edilib.

"Cənub Qaz Dəhlizi enerji sektorunda əməkdaşlığımızın yalnız bir nümunəsidir", - F.Mogerini bildirib.

  "Yaşıl çay"