“Referendum Aktı zamanın tələbidir”

Araz Yağubov, “Yaşıl çay” FT MMC-nin direktoru
 
Sentyabrın 26-da Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Konstitusiyaya dəyişiklərlə bağlı Lənkərandan olan iş adamı Araz Yağubovun fikirlərini diqqətinizə çatdırırıq
 
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması vaxtında verilmiş, ürəyimizcə olan bir sənəddir. Deyərdim ki, bu qərar zamanın tələbidir. Bu gün həqiqətən Konstitusiyamızda da dəyişikliklər etmək zərurəti yaranmışdır. Belə ki, son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritet elan olunması, ölkədə yeni-yeni sənaye məhəllələrinin salınması, sahibkarlığın inkişafı ilə bağlı qəbul edilmiş uzun müddətli dövlət proqramları konstitusyamıza dəyişikliklərin edilməsini zəruri edir. Bütün demokratik ölkələrdə belə təşəbbüslər irəli sürülür, ehtiyac yarandığı təqdirdə Konstitusiyaya dəyişikliklər olunur. Bu gün Azərbaycanın mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Gözlənilən dəyişikliklər və keçiriləcək referendum ölkəmizin, dövlətimizin, millətimizin inkişafına, qanunvericiliyimizin təkmilləşməsinə xidmət göstərəcək. Hesab edirəm ki, bunlar çox zəruri və vacib məsələdir. Bütün bunlar dövlətimizin, xalqımızın inkişafı, rifahı və gələcəyi naminə edilir.
 
Azərbaycan dövləti sürətlə inkişaf edir, cəmiyyətdən gələn təkliflər əsasında ölkə qanunvericiliyi daha da təkmilləşdirilir. Cənab przidentimiz İlham Əliyevin dediyi kimi, 2016-cı il Azərbaycanda dərin islahatlar ilidir. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. Qeyri-neft sektorunda qəbul edilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verməkdədir və dünyada baş verən qlobal iqtisadi kataklizmlərə baxmayaraq Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilmişdir. Eləcə də digər sahələrdə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Konstitusiyaya təklif olunan yeni dəyişikliklər bu istiqamətlərdə daha geniş uğurların əldə olunmasına gətirib çıxaracaqdır.
 
Təklif olunan dəyişikliklərdə idarəetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapmışdır. Bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına tam cavab verməklə yanaşı, yeni mərhələdə dövlətimizin daha dinamik inkişafının təmin olunmasına hesablanmışdır.
 
Mən bir vətəndaş kimi Referendum Aktını yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu təklif olunan dəyişikliklər həqiqətən də bu günkü reallIıqdan doğur. Azərbaycan gündən-günə inkişaf edir və yeni tələblər ortaya çıxır. Bu tələblərə cavab vermək üçün 20 il bundan əvvəl qəbul edilən Konstitusiyamıza dəyişikliklərin edilməsi vacibdir. Bir fermer kimi təklif edilən dəyişiklərdən biri xüsusilə diqqətimi çəkdi. Əgər kimsə torpağından səmərəli istifadə etmirsə, o zaman həmin torpaq özəlləşdirilə bilər. Hazırda 200 min hektara qədər torpaq ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib. Yəni həmin torpaqlardan istifadə edilmir. Halbuki həmin torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal edilməlidir ki, ölkədə ərzaq bolluğu yaradılsın, ərzaq təhlükəsizliyi təmin edilsin. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklik çox böyük əhəmiyyət kəsb edir.
 
Ölkədə vitse-prezidentlik institutun yaradılması dünya təcrübəsinə əsaslanır. Bir çox ölkələrdə vitse-prezidentlər var. Azərbaycanda da yaradılması günün tələbidir. Bunun yaradılmasında məqsəd dövlət idarəetməsini daha da gücləndirməkdir. Əminliklə bildirirəm ki, vitse-prezidentlik vəzifəsi bu gün dünyada Azərbaycan brendi kimi qəbul edilən “ASAN” xidmət kimi xalqın rifah halının yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılmsına səbəb olacaqdır.
 
Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi də dünya təcrübəsində mövcuddur. Dünya ölkələri arasında prezidentlik müddəti 7 il olan ölkələr az deyil. Həmçinin 18 yaşında gəncə seçilmək hüquqununverilməsi də gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açmış olacaq. Azərbaycan demokratik ölkədir və getdikdə dünyaya inteqrasiya yolunu seçib. Gənclərin ölkənin idarəetmə prosesinə inteqrasiya olunması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bunlar çox düzgün qərarlardır və mən bu təklifləri alqışlayıram.
 
Hesab edirəm ki, gözlənilən dəyişikliklər və keçiriləcək referendum ölkəmizin, dövlətimizin, millətimizin inkişafına, qanunvericiliyimizin təkmilləşməsinə xidmət edəcəkdir. Bütün bunlar dövlətimizin, xalqımızın inkişafı, rifahı və gələcəyi naminə edilən dəyişikliklərdir.
 
Kənddə çalışan bir iş adamı, aqrar sektorun inkişafı ilə bağlı möhtərəm prezidentimiz cənab İlham Əlievin elan etdiyi strateji xəttin qızğın davamçısı kimi Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatçısı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması kimi məsələləri özündə ehtiva edən yeni Referendum Aktını birmənalı şəkildə müdafiə edirəm. Bir daha öz adımdan, rəhbərlik etdiyim “Yaşıl çay” təsərrüfatının kollektivi və yaşadığım İstisu qəsəbə sakinləri adından bildirirəm ki, biz bu taleyüklü məsələdə dövlətimizin yanındayıq və sentyabrın 26-da bu ümumxalq səsverməsində fəal iştirak edəcəyik.
  "Yaşıl çay"