Milli Məclisin ilk iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının ilk iclası fevral ayının 1-də öz işinə başlayacaq. SİA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıla da bilər. Bu zaman parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır. Bununla da, deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.

Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası isə fevralın 1-dən mayın 31-dək qədər davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

  "Yaşıl çay"