XİN başçısı: "Yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti keçiriləcək"

"Yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti keçiriləcək".

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli formatın yaradılması üzərində iş aparılır.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyənin Qafqaz regionu ilə bağlı müəyyən təşəbbüsləri var. Amma XİN başçısı bu təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb. 

  "Yaşıl çay"