Ərdoğan: Türkiyənin təhlükəsizliyi Balkan, Hələb, Kipr və Naxçıvandan başlayır

Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Keçiörən" metro stansiyasının açılışında çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb:

"Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni İŞİD-dən təmizləmək deyil. İŞİD, PKK, YPG, FETÖ, DHKP-C - bunların bir-birindən heç bir fərqi yoxdur".

Dövlət başçısının sözlərinə görə, Türkiyənin təhlükəsizlik zonası qonşu ölkələrin ərazilərindən başlayır:

"Regionda qeyri-sabitlik və terror təhdidi var. Biz qonşu ölkələrdə bu təhdidi aradan qaldırmasaq, təhlükəsiz şəraitdə yaşaya bilmərik. Biz terror təhdidinin kökünü kəsməliyik. Bu mənada Qaziantepin təhlükəsizlik zonası Hələb, Mersinin Kipr, Qarsın Naxçıvan, Frakiyanın təhlükəsizliyi isə Balkan ölkələrinin ərazilərindən başlayır".

R.T.Ərdоğan bildirib ki, Avropada 5-6 milyon Türkiyə vətəndaşı yaşayır: "Avropadakı qeyri-sabitlik də bizi narahat edir".

  "Yaşıl çay"