Dünya Bankından proqnoz: Azərbaycan iqtisadiyyatı artacaq

Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 faii səviyyəsində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının saytında yerləşdirilmiş "Global Economic Prospects" adlı hesabatında qeyd olunub.

Bankın hesabatında Azərbaycanda 2018 və 2019-ci illər üçün ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-ci ilin iyun ayında dərc olunmuş hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 0,7 faiz səviyyəsində proqnozlaşdırılırdı.

Ümumiyyətlə, DB 2017 və 2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.

Dünya Bankı 2016-cı ilin iyun ayında 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci ildə isə 3% artacağını gözləyirdi. Ancaq indiki proqnozuna görə, artım 2.7% və 2.9% təşkil edəcək.

DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir.

  "Yaşıl çay"