Lənkəran Peşə Liseyinin bir qrup təlim ustası “Yaşıl çay” MMC-də olub

Sentyabrın 13-də Lənkəran Peşə Liseyi ilə “Yaşıl çay” FT MMC arasında bağlanmış memoranduma əsasən liseyin fermer qrupu üzrə təlim ustaları Hacıbaba İmanov, Babulla Rəhimov və müəllim Möhiddin Əkbərov  təsərrüfatda olublar.  Təsərrüfatın briqadiri Məmmədəli Məmiyev qonaqlara lisey üçün ayrılmış təcrübə sahəsini göstərib, şagirdlərin təcrübə keçməsi üçün burada görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar. Sonra müəllimlər “Yaşıl çay” fermer təsərrüfatının cavan çay plantasiyaları ilə tanış olublar.

Qonaqlar burada çayçılığın inkişafı ilə bağlı həyata keçirilən işlərdən məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, Lənkəran Peşə Liseyi ilə "Yaşıl çay" FT MMC arasında imzalanmış razılaşmaya əsasən liseyin şagirdlərinin təcrübə keçməsi üçün təsərrüfata məxsus ərazidə 1 ha torpaq sahəsi ayrılıb.

  “Yaşıl çay”