Sabah hava necə olacaq?

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.

  "Yaşıl çay"