Hava pisləşəcək, leysan, dolu, qar yağacaq - XƏBƏRDARLIQ

Oktyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17°, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  gecə 75-85 %, gündüz 50-60 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

  "Yaşıl çay"