Proqnozlar Bürosu: Azərbaycanda sabit hava şəraiti davam edəcək

“Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

  "Yaşıl çay"