Yol Polisinin sürücülərə verdiyi möhlət başa çatıb

Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar verdiyi möhlət başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, oktyabrın 12-də nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt vermişdi.

Onun sözlərinə görə, xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək və sürücüləri 50 manat cərimə gözləyir.

Məlumat üçün bildirək ki, bəzi sürücülər nömrələrin üzərinə həkk olunmuş defis simvolların silərək, nəticədə hərəkət qayda pozuntusuna gətirib çıxardır.

  "Yaşıl çay"