Azərbaycanda güclü zəlzələ olub (YENİLƏNIB)

Ağdamda zəlzələ baş verib.

Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

X X X

00:04

Azərbaycanda zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlar ölkənin bir çox ərazilərində, əsasən, Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad, Şəki, Gəncə, Şirvan, Ağcəbədi, Mingəçevir, Lənkaran, Bərdə, Ağcabədi və Göyçayda hiss olunub.

Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub.

  "Yaşıl çay"