TƏBRİK EDİRİK! Vaqif Bayramov-55

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Bayramov Vaqif Əlövsət oğlunun doğum günüdür. Vaqif Bayramov   15 yanvar 1963-cü ildə anadan olub. İstisu qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra müxtəlif dövlət müəssisələrində məsul vəzifələrdə çalışıb. Hal-hazırda  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində fəaliyyət göstərir. Qəsəbənin abadlıq, quruculuq işlərində fəal çalışır, yerlərdə dövlət siyasətinin yerinə yetirilməsində, aqrar sahənin inkişafı, yeni iş yerlərinin yaradılması üçün səy və bacarığını əsirgəmir.

Aaz Yağubov başda olmaqla “Yaşıl çay” FT MMC və “Yaşıl çay” jurnalının kollektivi adından səmimi dost və xeyirxah insan Vaqif Bayramovu ad günü münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayırıq!

  “Yaşıl çay”