Allahşükür Paşazadə: “Azərbaycanda hər bir vətəndaşın dini etiqadı üçün bərabər şərait yaradılıb”

“Azərbaycan dünyanın ən nümunəvi ölkələrindən biridir ki, burada müxtəlif konfessiyaların nümayəndələri qardaşlıq şəraitində, sülh və əmin-amanlıqda yaşayırlar. Ölkəmizdə heç bir vaxt antisemitizm meyilləri müşahidə olunmayıb. Əllbəttə ki, bunlar hamısı tolerantlığın göstəricisidir”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında bu ölkədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O vurğulayıb ki, Azərbaycanda hər bir vətəndaşın dini etiqadı üçün bərabər şərait yaradılıb: “Xüsusilə də son illərdə yeni məscidlər, ibadət yerləri inşa olunub, təmirə ehtiyacı olanlar yenilənib. Sovet dövründə ölkədə cəmi 17 məscid vardı, indi isə 2000-ə yaxın məscid var. Bu onu göstərir ki, müstəqillik dövründə bu sahədə əldə etdiyimiz çox böyük nailiyyətlərimiz var. Vicdan azadlığı, əqidə azadlığı, insaların heç kimin müdaxiləsi olmadan azad müstəli yaşamasını, ibadət etməsini təmin edən bu günümüz üçün ulu öndər Heydər Əliyev həzrətlərinə minnətdarıq. Başlanğıcı ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən bu mənəviyyat yoluna görə onlara borcluyuq”.

  "Yaşıl çay"