Cənub bölgəsində 4 bal gücündə zəlzələ olub

Lerik rayonunda zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:01:51-də Lənkarandan 16 km qərbdə Lerik rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 13 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

  "Yaşıl çay"