Lənkəranskinin qətlinin üstü açıldı

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinin sifarişçisinin adı açıqlanıb.

BakiPost.az xəbər verir ki, Rusiya KİV-ləri onun qətlinin jriminal avtoritet Rəşad İsmayılov (Rəşad Gəncinski) tərəfindən sifariş edildiyini yazıb. Məlumata görə, Rəşad Gəncinski özü Rövşən Lənkəranskinin onun əmri ilə öldürüldüyünü bildirib. O, Lənkəranskini öldürtməklə Moskvada öldürülən yaxın dostu Canpolad Şamiloğlunun qisasını aldığını deyib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verilməsi hələ də qaranlıq olaraq qalır. Bəzi mətbuat orqanları Lənkəranskinin öldürülməsi haqqında əmrin rus mafiyasının lideri olan Zaxariya Kalaşov tərəfindən verildiyi haqqında informasiya yayıb.

Onu da bildirək ki, Lənkəranski Canpolad Şamiloğlunun qətlinin sifarişçisi sayılır. Onlar arasında qarşıdurmanın Moskvadakı "göy bazarı” ucbatından yarandığı və Lənkəranskinin iki killerinin Şamiloğlunu qətlə yetirdiyi bildirilir. Rəşad Gəncinski rus mafiyasının mərhum lideri Ded Xasanın klanına aiddir. Bir müddət öncə Rusiya mətbuatı Rövşən Lənkəranskidən sonra yaranan boşluğu doldurmaq üçün Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanovun (Vaqif Bakinski) birləşdiyi haqqında informasiya yaymışdı. Mətbuat az sonra bu ittifaqa Rəşad İsmayılovun da qoşulduğunu bildirmişdi.

  "Yaşıl çay"