2017-ci ildə Azərbaycanda baş verəcək - 10 hadisə

Keçən il artıq geridə qalıb. 2017-ci ildə Azərbaycandan kifayət qədər yeni hadisələr gözlənilir.

“Moskva-Bakı” informasiya portalı bu il Azərbaycanda baş verəcək 10 ən maraqlı hadisəni təqdim edir:

1. IV Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək

Forum mayın 5-i və 6-sında baş tutacaq. Tədbir YUNESKO, BMT Sivilizasiyalar Alyansı, Avropa Şurası və digər beynəlxalq təşkilatların əməkdaşlığı ilə baş tutacaq. Forum çərçivəsində mədəniyyət və turizm nazirlərinin üçüncü, maliyyə, iqtisadiyyat, siyasət, mədəniyyət, sosial sferada fəaliyyət göstərən beynəlxalq təşkilatların birinci görüşü keçiriləcək.

2. Azərbaycanda ilk alman yaşayış məskənlərinin yaradılmasının 200 illiyi

Azərbaycanın təşəbbüsü ilə 2017-ci ildə YUNESKO-nun rəsmi bayramları siyahısına Cənubi Qafqazda alman məskənlərinin yaradılmasının 200 illiyi daxil edilib. Bununla əlaqədar olaraq YUNESKO-nun Parisdəki mənzil qərargahında, Azərbaycan, Gürcüstan və Almaniyada bir sıra tədbirlər keçiriləcək.

1817-ci ildə Azərbaycanda ilk alman məskənləri yaradılıb. Onlar Tovuz, Ağstafa, Gəncə, Mingəçevir və digər bölgələrdə yerləşdiriliblər.

3. “Asan Viza”ya start veriləcək

Yanvarın 10-də “Asan Viza” portalı istifadəyə veriləcək. Portalın yaradılmasında məqsəd Azərbaycana gələcək xarici vətəndaşlara viza verilişi prosedurunun asanlaşdırılması, operativliyinin təmin edilməsidir. Layihənin üstünlüyü ondan ibarətdir ki, xarici ölkələrin vətəndaşları evdən çıxmadan onlayn şəkildə viza almaq üçün müraciət edə biləcəklər. 30 günlük elektron viza almaq üçün portala müraciət edən şəxs ödənişi etdikdən sonra üç iş günü ərzində vizasını elektron poçtu vasitəsilə əldə edə biləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları olacaq.

4. Bakıda IV İslam Həmrəylik Oyunlarının keçirilməsi

Mayın 12-də Bakıda IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi olacaq. 10 gün ərzində keçiriləcək tədbirin proqramın 20 idman növü daxil edilib. Bunlar sırasında ağır atletika, futbol, voleybol, üzgüçülük, su polosu, uşu, cüdo, yunan-roma güləşi, karate, taekvando, boks, ağır atletika və digərləri var. İslam oyunlarında iştirak üçün artıq 57 ölkə müraciət edib. Oyunlarda iştirak üçün Bakıya 4000 idmançının gəlməsi gözlənilir.

5. Əfqanıstan üzrə “İstanbul prosesi”nə sədrlik

2017-ci ildə Azərbaycan Əfqanıstanla bağlı “İstanbul prosesi”nə sədrlik edəcək. “İstanbul prosesi”nin məqsədi Əfqanıstan qonşu ölkələrin birləşdirilməsi, qarşılıq fəaliyyət nəticəsində ölkədəki situasiyanın stabilləşdirilməsidir. 2017-ci ildə Bakıda Əfqanıstanla “Asiyanın ürəyi” beynəlxalq konfrans keçiriləcək. Yaxın aylarda isə “Lapis-Lazuli” layihəsi üzərində iş başa çatacaq. Bu layihəyə əsasən Əfqanıstandan Avropaya Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə nəqliyyat dəhlizi yaradılacaq.

6. Turizmin Təbliğatı Milli Bürosunun yaradılması

Fevralın sonunda Turizmin Təbliğatı Milli Bürosu aktiv fəaliyyətə başlayacaq. Büronun məqsədi ölkənin turistik potensialının yüksəldilməsi və onun beynəlxalq aləmdə populyarlaşdırılmasıdır. Büronun fəaliyyəti nəticəsində 2020-ci ilə qədər ölkəyə birbaşa və dolayısı yolla 10 milyon manat gəlir gətirilməsi proqnozlaşdırılır.

7. Azərspeys – 2 peyki orbitə buraxılacaq

“Azərkosmos” 2017-ci ildə orbitə ikinci telekommunikasiya peyki olan Azərspeys – 2-ni buraxmağı planlaşdırır. Azərspeys – 2 orbitə Cənubi Amerikada yerləşən “Kuru” kosmodromundan Fransanın Arian – 5 raketdaşıyıcısı ilə buraxılacaq. Bu peykin xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika daxil olacaq.

8. Formula–1-in Azərbaycan qran-prisi

İyunun 23-dən 25-nə qədər Bakıda Formula-1 yarışı keçiriləcək. Keçən il Azərbaycan bu yarışı Avropa qran-prisi adı altında qəbul etmişdi. Bu il isə artıq Formula-1-in bu mərhələsi Azərbaycan qran-prisi adlanacaq. Bu il yarışı 30 min azarkeşin izləməyə gələcəyi ehtimal edilir.

9. Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək

Bu il Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi gözlənilir. Bunun sayəsində ilk dəfə olaraq qatarlar maneəsiz Türkiyəyə gedə biləcəklər. Artıq tikinti işləri başa çatmaq üzrədir. Dəmiryolunun Türkiyəyə aid hissəsində tikinti 2017-ci ilin ortalarında bitəcək. Dəmiryolunun ümumi uzunluğu 826 kilometr təşkil edəcək.

10. “İran Khodro” avtomobillərinin Azərbaycanda istehsalı

Keçən il Neftçala rayonunda Azərbaycanın “Azevrocar” və İranın “Khodro” şirkəti avtomobillərin birgə istehsalı üçün zavod tikməyə başlayıblar. Layihə üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə İrandan olan komplektlər hesabına avtomobillər yığılacaq, ikinci mərhələdə Neftçalada mərhələli şəkildə ehtiyat hissələri istehsal ediləcək, sonuncu mərhələdə isə “Khodro”nun 4 brendinin tam istehsalı həyata keçiriləcək. Zavodun istehsal gücünün illik 10 min avtomobil olacağı gözlənilir.

  "Yaşıl çay"