Vəkil: “Mehman Hüseynov Nəsimi Rayon Məhkəməsinə aparılıb”

Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.

Vəkil bildirib ki, M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxacaq.

  "Yaşıl çay"