Ermənilərə divan tutan “Rembo” danışdı

Dünyanın ən tolerant ölkələrindən olan Azərbaycanda müxtəlif millətlərin nümayəndələri həmişə sülh və qardaşlıq içində yaşayıblar, yaşamaqdadırlar.

Təsadüfi deyil ki, Azərbaycanın ağır günlərində - Birinci Qarabağ müharibəsi zamanı təkcə azərbaycanlılar deyil, talışlar, yəhudilər, tatlar, ləzgilər, avarlar və başqa millətin nümayəndələri də səfərbər olaraq, vətənin keşiyində dayandılar.

Qarabağ savaşında xüsusilə talışların göstərdiyi qəhrəmanlıq bu gün də hər kəs tərəfindən bilinir, təqdir edilir. Azərbaycanın belə igid övladlarından biri də Qarabağ müharibəsində əsasən talışlardan ibarət Lәnkəran briqadasının (704-сü briqada) kәşfiyyat komandiri olmuş “Rembo” lәqәbli Elxan Әlibәylidir.

O, 1970-ci ilin 14 sentyabrında Lerik rayonunun Çayrud kəndində anadan olub. Orta məktəbi Lerikdə bitirən Elxan 1992-ci ilin əvvəlində Lənkərana gələrək, müdafiə batalyonuna qoşulub və döyüşlərə qatılıb. Onun yer aldığı Lənkəran batalyonu Laçın dəhlizindən tutmuş Xocavənd, Ağdam, Füzuli, Ağcabədi istiqamətində xeyli döyüş əməliyyatı həyata keçirib.

Həmin dövrdə ermənilərə divan tutan “Rembo” Aprel döyüşləri başlayanda da vətənə sədaqətini, sevgisi göstərdi. Ötən ilin aprelində Azərbaycan ordusu şanlı zəfərlər qazanarkən, döyüşlərdən xəbər tutan Elxan Əlibəyli dərhal başlaması gözlənilən müharibədə iştirak etmək üçün Hollandiyadan Azərbaycana qayıtdı.

 “Rembo” lәqәbli Elxan Әlibәylinin son günlər sosial şəbəkələrdə yenidən gündəmə gələn vətən haqda fikirləri özünə yer alıb. www.youtube.com/watch?www.youtube.com/watch?v=94VxudNnSWA  ( Axar.az)