Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

Futbol üzrə Çempionlar Liqasında (ÇL) "pley-off" mərhələsinin ilk oyunları çərçivəsində daha 5 qarşılaşma keçirilib.Türkiyənin "Başakşehir" klubu İspaniya "Sevilya"sını qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da "Başakşehir" ÇL-də debüt mövsümündəcə qrupda oynama şanslarını xeyli azaldıb. Qazaxıstan "Astana"sı da Şotlandiyada "Seltik"lə qarşılaşmada uğursuzluğa düçar olub. Qapısından 5 top buraxan "Astana" artıq indidən Avropa Liqasının qrup mərhələsinə hazırlaşa bilər.

İtaliya "Napoli"si Fransa "Nitsa"sı üzərində inamlı qələbə qazanıb. Üstəlik, "Nitsa"nın eyni anda 2 futbolçusu meydandan qovulub.

İsraildə "Hapoel" Sloveniya "Maribor"una, Yunanıstanda isə "Olimpiakos" Xorvatiya "Riyeka"sına çətinliklə qalib gəlib.

Çempionlar Liqası

"Pley-off" mərhələsi, ilk oyunlar

16 avqust

"Napoli" (İtaliya) - "Nitsa" (Fransa) - 2:0

Qollar: Dris Mertens, 13. Jorjinyo, 70-penalti ilə

Qırmızı vərəqələr: Alassan Plea, 79; Vensan Koziello, 79 (hər ikisi "Nitsa")

Neapol, "San-Paolo" stadionu

"Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya) - 1:2

Qollar: Elcero Elia, 64 - Serxio Eskudero, 16. Vissam Ben Yedder, 84

İstanbul, Fatih Terim stadionu

"Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya) - 2:1

Qollar: Antoni Nvakaeme, 12. Şir Tzedek, 45+2-penalti ilə - Markos Tavares, 10

Beer-Şeva, "Turner" stadionu

"Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan) - 5:0

Qollar: Yevgeni Postnikov, 32-öz qapısına. Skott Sinkleyr, 42; 60. Ceyms Forrest, 79. Li Qriffits, 88

Qlazqo, "Seltik Park"

"Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya) - 2:1

Qollar: Vadis Ocica, 66. Aleksis Romao, 90+3 - Heber, 42

Pirey, Georgios Karaiskakis stadionu

15 avqust

"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya) - 0:0

Lissabon, "Joze Alvelade" stadionu

"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:2

Qollar: Mark Ut, 87 - Trent Aleksander-Arnold, 35. Ceyms Milner, 74

Yerinə yetirilməyən penalti: Andrey Kramariç, 12 ("Hoffenhaym")

Sinshaym, "Rayn-Nekkar Arena"

"Yanq Boyz" (İsveçrə) - MOİK (Moskva, Rusiya) - 0:1

Qol: Kasim Nuhu, 90+1 - öz qapısına

Bern, "Stad de Suiss"

APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

Qollar: İqor De Kamarqo, 2. Statis Aloneftis, 10

Nikosiya, GSP stadionu

Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq.

  "Yaşıl çay"