Azərbaycan güləşçisi 3 qat dünya çempionu oldu

Parisdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Hacı Əliyev qızıl medal qazanıb.

Final qarşılaşmasında idmançımız rusiyalı Hacımurad Rəşidovla görüşüb. Görüş 7:1 hesabı ilə güləşçimizin xeyrinə bitib.

Qeyd edək ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev bu qələbə ilə üçqat dünya çempionu olub.

  "Yaşıl çay"