"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları davam edir.

Trend-in məlumatına görə, "Qarabağ" Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubu ilə qarşılaşıb.

75-ci dəqiqədən Ağdam təmsilçisi 10 nəfərlə mübarizə aparıb - Dino Ndlovu ikinci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb - 0:0.

Beləliklə, tarixində ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində yarışan "Qarabağ" turnirdə ilk xalını qazanıb.

  "Yaşıl çay"