"Qarabağ" "Çelsi" yə uduzub

“Qarabağ” bu gün qrup mərhələsi çərçivəsində doğma meydanda son oyununu keçirib.

Trend-in məlumatına görə, UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" klubunu qəbul edib.

Oyun 0:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Hesabı oyunun 21-ci dəqiqəsində penaltidən "Çelsi"nin hücumçusu Eden Azar açıb. 36-cı dəqiqədə Villan hesabl 0:2 edib. 73-cü dəqiqədə hakim Ağdam təmsilçisinin qapısına təyin etdiyi ikinci 11 metrlik zəribəni Fabreqas reallaşdırıb 0:3. Villian oyunun 85-ci dəqiqəsində dubl edib 0:4.

https://cdn.trend.az/media/pictures/2017/11/22/qar_che_0_4_22112017.mp4