Bu gün ilin sonuncu “El-Klasiko”su keçiriləcək

Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək. “Report” xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” “Barselona”nı qəbul edəcək.

Əzəli rəqiblərin cari çempionatda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin "kral klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi “Atletiko”nu 6 xal qabaqlayır.

Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə “göy-narıncılar” qələbə qazanıblar.

Turnir Oyun sayı Real M Bareslona Heç-heçə Top fərqi
La Liga 174 72 69 33 284 - 277
Kral Kuboku 33 12 14 7 64 - 63
Liqa Kuboku 6 0 2 4 8 - 13
Superkubok 14 8 4 2 30 - 18
Çempionlar Liqası 8 3 2 3 13 - 10
Yoldaşlıq/ Digər 34 4 20 10 44 - 86
Cəmi 269 99 111 59 443 - 467

La Liqa

XVII tur

23 dekabr

16:00. “Real Madrid” – “Barselona”

Baş hakim: Xose Mariya Sançes Martines

“Santyaqo Bernabeu” stadionu

  "Yaşıl çay"