Azərbaycan şahmatçısı ermənini geridə qoydu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların reytinq siyahısını açıqlayıb. Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov 3-cü sırada qərarlaşıb. 

Lider norveçli Maqnus Karlsendir. O, ötən ili 2834 xalla başa vurub. İkinci yerdə isə amerikalı Fabiano Karuana qərarlaşıeb -  2811 xal.

Şəhriyarın hesabında isə 2804 xal var. Bu xalla o erməni qrossmeystr Levon Aroyanı qabaqlayıb. Aroyanın hesabındakı xal sayı 2797 olub. 

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) 19-cu, Rauf Məmmədov (2709) 40-cıdır.

  "Yaşıl çay"