ÇL: "Mançester Siti"dən böyük hesablı qələbə, "Yuventus" "Totenhem"lə bacarmadı

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk iki oyunu keçirilib.

Trend-in məlumatına görə, ilk oyunda İsveçrənin "Bazel" klubu İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Oyun İngiltərə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4.

Qollar: İ.Gündoğan - 14-cü dəqiqə (0:1), B.Silva - 18-ci dəqiqə (0:2), S.Aquero - 23-cü dəqiqə (0:3), İ.Gündoğan - 53-cü dəqiqə (0:4).

Digər oyun isə İtaliya təmsilçisi "Yuventus" və İngiltərə təmsilçisi "Tottenhem" arasında keçirilib. Torino şəhərində keçirilən oyunda qalib müəyyənləşməyib - 2:2.

Qollar: Q.Hiquain - 2-ci dəqiqə (1:0), Q.Hiquain - 9-cu dəqiqə (2:0), H.Keyn - 35-ci dəqiqə (2:1), K.Eriksen - 72-ci dəqiqə (2:2).

  "Yaşıl çay"