Ronaldo təyyarə qəzasında məhv olan kluba 3 milyon yardım etdi

Braziliyanın “Şapekoense” klubunun üzləşdiyi faciəyə dünya futbol ictimaiyyəti biganə qalmayıb.

Sportal.az xəbər verir ki, Fransanın PSJ klubu cənubi amerikalılara 40 milyon avro yardım edib. Onlar bu barədə FİFA-ya bildiriblər.

Portuqaliya millisinin və Madrid “Real”ının ulduzu Kriştiano Ronaldo isə 3 milyon avro “Şapekoense”nin hesabına köçürüb.

Bundan əlavə, Braziliya A Seriyasının bütün klubları “Şapekoense” pulsuz şəkildə futbolçularını icarəyə verməyə hazır olduqlarını bəyan ediblər.

  "Yaşıl çay"