Avropa Liqasında 1/16 finala vəsiqə qazanan bütün komandaların adları məlum olub

Futbol üzrə Avropa Liqasında 1/16 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. "Report"un məlumatına görə, qrup mərhələsində VI turun 24 qarşılaşmasından biri təxirə salınıb.

İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i arasındakı matç dumanlı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Oyun bu gün olacaq. Amma matçın nəticəsindən asılı olmayaraq, "Genk" qrupdan çıxmağı təmin edib. Sadəcə, Belçika təmsilçisi qalib gəlsə, F qrupunu 1-ci, "Sassuolo" qələbə qazansa isə qrupu 3-cü pillədə başa vuracaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" ilə yanaşı, "Osmanlıspor" da qrupdan çıxmağı bacarıb. Onlara Çempionlar Liqasında qrupu 3-cü pillədə tamamlamış "Beşiktaş" da qoşulub.

Avroliqanın qruplarından İspaniyanın "Vilyarreal", "Atletik" və "Selta", Belçikanın "Anderlext", "Genk" və "Gent", İtaliyanın "Roma" və "Fiorentina, Hollandiyanın AZ və "Ayaks", Rusiyanın "Zenit" və "Krasnodar", Yunanıstanın "Olimpiakos" və PAOK, İngiltərənin "Mançester Yunayted", Fransanın "Sent-Etyen", Almaniyanın "Şalke", Rumıniyanın "Astra", Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta", İsrailin "Hapoel" (Beer-Şeva), Kiprin APOEL klubları da mərhələ adlayıb.

Çempionlar Liqasından isə onlara İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Münhenqladbax), Fransanın "Lion", Rusiyanın "Rostov", Bolqarıstanın "Ludoqorets", Polşanın "Legiya" və Danimarkanın "Kopenhagen" komandaları da qoşulub.

Avropa Liqası, qrup mərhələsi, VI tur

8 dekabr

A qrupu

22:00. "Feyenoord" (Hollandiya) - "Fənərbağça" (Türkiyə) - 0:1

22:00. "Zarya" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

Xal durumu: "Fənərbağça" - 13. "Mançester Yunayted" - 12. "Feyenoord" - 7. "Zarya" - 2.

 

B qrupu

22:00. APEOL (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 2:0

22:00. "Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) - 3:0

Xal durumu: APOEL - 12. "Olimpiakos" - 8. "Yanq Boyz" - 8. "Astana" - 5.

C qrupu

22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan) - 2:0

22:00. "Anderlext" (Belçika) - "Sent-Etyen" (Fransa) - 2:3

Xal durumu: "Sent-Etyen" - 12."Anderlext" - 11. "Maynts" - 9. "Qəbələ" - 0.

D qrupu

22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Dandolk" (İrlandiya) - 2:1

22:00. "Az Alkmaar" (Hollandiya) - "Zenit" (Rusiya) - 3:2

Xal durumu: "Zenit" - 15. "AZ Alkmaar" - 8. "Makkabi" - 7."Dandolk" - 4.

E qrupu

22:00. "Astra" (Rumıniya) - "Roma" (İtaliya) - 0:0

22:00. "Viktoriya" (Çexiya) - "Austriya" (Avstriya) - 3:2

Xal durumu: "Roma" - 12. "Astra" - 8. "Viktoriya" - 6. "Austria" - 5.

F qrupu

22:00. "Sassuolo" (İtaliya) - "Genk" (Belçika) - 0:0

22:00. "Rapid" (Avstriya) - "Atletik" (İspaniya) - 1:1

Xal durumu: "Atletik" - 10. "Genk" - 9. "Rapid" - 5. "Sassuolo" - 5.

G qrupu

00:05. "Panatinaikos" (Yunanıstan) - "Selta" (İspaniya) - 0:2

00:05. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 1:1

Xal durumu: "Ayaks" - 13. "Standard" - 6. "Selta" - 6. "Panatinaikos" - 1.

H qrupu

20:00. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:4

20:00. "Konyaspor" (Türkiyə) - "Gent" (Belçika) - 0:1

Xal durumu: "Şaxtyor" - 15. "Braqa" - 6. "Gent" - 5. "Konyaspor" - 1.

İ qrupu

00:05. "Nitsa" (Fransa) - "Krasnodar" (Rusiya) - 2:1

00:05. "Zalsburq" (İsveçrə) - "Şalke" (Almaniya) - 2:0

Xal durumu: "Şalke" - 15. "Krasnodar" - 7. "Zalsburq" - 4. "Nitsa" - 3.

J qrupu

20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya) - 1:2

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) - 2:0

Xal durumu: "Fiorentina" - 13. PAOK - 10. "Qarabağ" - 7. "Slovan" - 4.

K qrupu

00:05. "Southempton" (İngiltərə) - "Hapoel" (İsrail) - 1:1

00:05. "İnter" (İtaliya) - "Sparta" (Çexiya) - 1:1

Xal durumu: "Sparta" - 12. "Hapoel" - 7. "Southempton" - 7. "İnter" - 3.

L qrupu

20:00. "Vilyarreal" (İspaniya) - "Styaua" (Rumıniya) - 2:1

20:00. "Osmanlıspor" (Türkiyə) - "Sürix" (İsveçrə) - 2:0

Xal durumu: "Osmanlıspor" - 7. "Steaua" - 6. "Sürix" - 6. "Vilyarreal" - 6.

  "Yaşıl çay"