Kriştianu Ronaldu 11-ci dəfə UEFA versiyası üzrə ilin futbol yığmasına daxil olub

 İspaniyanın "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu rekord sayda - 11-ci dəfə UEFA versiyası üzrə ilin rəmzi yığmasına daxil edilib.

"Report" xəbər verir ki, yığma UEFA-nın saytında səsvermə nəticəsində hazırlanır.

Komandaya, həmçinin qapıçı Canluici Buffon ("Yuventus"), müdafiəçilər Serxio Ramos ("Real"), Jerar Pike ("Barselona"), Jerom Boatenq ("Bavariya") və Leonardo Bonuççi ("Yuventus") daxil olub. Bundan əlavə, yığmaya yarımmüdafiəçilər Andres İnyesta ("Barselona"), Toni Kroos ("Real") və Luka Modriç ("Real"), o cümlədən hücumçular Lionel Messi ("Barselona") və Antuan Qrizmann ("Atletiko") düşə bilib.

Ronaldu, Messi, İnyesta, Pike və Ramos 2015-ci ildə də UEFA yığmasına daxil olmuşdular, Qrizmann, Modriç, Bonuççi və Boatenq isə yığmaya birinci dəfədir seçilirlər.

  "Yaşıl çay"