Elçin Səfərov: “Bakı 2017”nin idman obyektlərində ibadət otaqları yaradılacaq” AÇIQLAMA

“Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif təriqətli müsəlman idmançılar və texniki heyətlər iştirak edəcək. Ona görə “Bakı 2017”nin Atletlər Kəndində və bütün idman obyektlərində idmançılar və texniki heyətlər üçün ibadət otaqları yaradılacaq”. Bunu SİA-ya açıqlamasında “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, ibadət otaqlarının hansı qaydada yaradılması üçün Heydər Məscidinin rəhbəri Hacı Sabirə müraciət edilib: “Hacı Sabirin rəhbərliyi ilə bu sahənin könüllüləri ibadət otaqlarının yaradılması qaydası ilə bağlı bizə məsləhətlər verəcəklər. İstəyirik ki, qonaqların adət-ənənələrinə uyğun olan ibadət otaqları yaradaq”.

E.Səfərov bildirib ki, “Bakı 2017” zamanı idmançı və texniki heyətlərin cümə namazları qılmaları üçün də hazırlıq işləri görülür: “Oyunların  açılış günü  və bir həftə sonra cümə günlərinə təsadüf etdiydən idmançı və texniki heyətlərin məsciddə cümə namazı qılmaq istəyəcəklərini güman edirik. Ona görə, cümə namazlarının qılınması üçün hazırlıq işləri aparırırq.

Qeyd edim ki, qonaqların Bakının istənilən gəzməli və görməli yerlərinə getmək arzularını yerinə yetirəcəyik”.

  "Yaşıl çay"