Yaponlardan avtomobil dünyasını dəyişəcək kəşf!

Yaponiyanın avtomobil istehsalçısı Mazda, yeni nəsil "Skyactiv-X" benzin mühərrikini təqdim edib.

"Marja" xəbər verir ki, dizel mühərriklər qədər səmərəli olduğu bildirilən və yerini aldığı mühərrik ilə müqayisədə 30% daha çox qüvvə momenti təqdim edən yeni texnologiya, daxili yanma mühərrikləri üçün bir yenilik olaraq sıxışdırılmış alışdırma sistemi ilə işləyir.


 Mazda 2019-ci ildəki avtomobil modellərinə yerləşdirəcəyi bu motor ilə sözügedən texnologiyanı seriyalı istehsal avtomobillərində istifadə edən ilk marka olacaq.

 BENİZİN MÜHƏRRİK 25% QƏNƏT TƏMİN EDƏCƏK

Mühərrikin işləmə prinsipi dizellərdə olduğu kimi, yanacaq-hava qarışığının yüksək təzyiq ilə porşenlər tərəfindən sıxışdırılıb ani şəkildə yanması üzərində qurulmuşdur. Skyactiv-X, mövcud mühərriklər ilə müqayisədə 25 faiz yanacaq qənaəti təmin edəcək.

  "Yaşıl çay"