İstanbula güclü yağış və dolu yağıb, küçələri su basıb

Türkiyənin İstanbul şəhərinə güclü yağış və dolu yağıb.

SalamNews-un “Takvim” qəzetinə istinadən verdiyi xəbərə görə, güclü yağış səbəbilə şəhərin Şişli, Dolapdere, Beşiktaş və digər rayonlarında küçələrə sel gəlib. Şişlidə avtomobillər selin ortasında qalıb.

Taksim meydanını da su basıb. Yağış sularının metronun içinə girməsinə mane olmaq üçün giriş hissəsinə qum kisələri düzülüb.

İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş hazırlıq işlərinin görüldüyünü bildirib: "Böyükşəhər Bələdiyyəsi diqqətli davranır. Vətəndaşlarımız həssaslıq göstərsələr, xəsarət almadan bu problemlərin öhdəsindən gələrik.

İstanbul fırtına ilə qarşı-qarşıyadır. Diqqətli olmaq lazımdır."

Qeyd edək ki, sinoptiklər güclü yağış və fırtınanın miqyasının artacağı barədə xəbərdarlıq ediblər.

  "Yaşıl çay"