Bu gün Beynəlxalq qeyri-zorakılıq günüdür

Oktyabrın 2-si dünyada Beynəlxalq qeyri-zorakılıq günüdür.

Teleqraf.com xəbər verir ki, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla hər ilin bu günü Beynəlxalq qeyri-zorakılıq günü kimi qeyd edilir.

Qəbul olunmuş qətnaməyə əsasən bu beynəlxalq günün məqsədi sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etmək kimi izah olunur.

  "Yaşıl çay"