Helikopter partladı: səud şahzadəsi və 9 məmur öldü

Səudiyyə Ərəbistanında içində rəsmilərin olduğu helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə yerli “Akaz” agentliyi məlumat yayıb.

Helikopterdə olan Əsir bölgəsi əmirinin müavini Mansur ibn Mukrin ibn Abduləziz əs-Səud və Əsir şəhər polisinin rəisinin öldüyü bildirilir.

"Əl Cəzirə" kanalı helikopterdə daha 8 yüksək çinli məmurun olduğu barədə məlumat yayıb.

Onların yoxlama aparmaq məqsədi ilə səfərə çıxdıqları qeyd edilir.

  "Yaşıl çay"