Tramp Qüds qərarından yazdı: "Vədimə əməl etdim"

ABŞ Prezidenti Donald Tramp özünü sələfləri ilə müqayisə edib.

Trend-in məlumatına görə, D.Tramp "Twitter" səhifəsində onlardan fərqli olaraq Qüdsün İsrail paytaxtı kimi tanınması ilə bağlı vədinə əməl etdiyini yazıb:

"Mən seçkiqabağı kampaniyam zamanı vədimi yerinə yetirdim, digərləri isə yox".

Qeyd edək ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

  "Yaşıl çay"