Türkiyə ordusu bu günədək Afrində 557 terrorçunu məhv edib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.

SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu günədək ümumilikdə 557 terrorçu məhv edilib. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, yanvarın 28-də əməliyyata daha 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

  "Yaşıl çay"