ABŞ-ın sanksiya tətbiq edəcəyi şəxslər siyahısında erməni əsilli 3 oliqarxın da adı var

ABŞ-ın Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın erməni əsilli 3 oliqarxının da adı var.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunlar “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan, “Rosqosstarx” şirkətlər qrupunun rəhbəri Danil Xaçaturov və “Maqnit” supermarketlər şəbəkəsinin sahibi və “Krasnodar” futbol klubunun prezidenti Sergey Qalitskidir.

Sergey Qalitskinin əsl soyadı Arutunyandır. O, ailə qurduqdan sonra həyat yoldaşı Viktoriya Qaltskayanın soyadını götürüb.

S.Karapetyan, D.Xaçaturov və S.Qalitskiyə qarşı sanksiya tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, “Forbes” jurnalının Rusiyanın 200 sahibkarı ilə bağlı tərtib etdiyi siyahıda Sergey Qalitski 5,7 milyard dollarlla 17-ci, Samvel Karapetyan 3,86 milyard dollarla 26-cı, Danill Xaçaturov 2,89 milyard dollar 40-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

  "Yaşıl çay"