Rusiya İslam Komitəsinin sədri Heydər Camal vəfat edib

Rusiya İslam Komitəsinin sədri Heydər Camal ötən gün gecə 70 yaşında dünyasını dəyişib.

SalamNews-un məlumatına görə, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Heydər Camalın ölüm səbəbləri açıqlanmır.

Məlumat üçün bildirək ki, politoloq, yazıçı, filosof və şair olan Heydər Camal 1947-ci ilin 6 iyun tarixində Moskva şəhərində anadan olub. Əslən azərbaycanlıdır. Altı kitabın müəllifidir.

Allah rəhmət eləsin!

  "Yaşıl çay"