Ərdoğan milli səfərbərlik elan etdi

PKK-ya qarşı ölkə daxilində və ölkə xaricində keçirilən əməliyyatlar nəticəsində 9500 terrorçu məhv edilib.

Axar.az xəbər verir ki, bunu Muxtarlar Toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. PKK-nın bir sıra liderlərinin öldürüldüyünü deyən Ərdoğan həmçinin 10500 terrorçunun həbs edildiyini açıqlayıb:

“Yaşadığımız dövr ən az İstiqlal Savaşı qədər önəmlidir. Birinci Dünya savaşının ardından Türkiyəni Anadoluya sıxışdıraraq Sevrdə müəyyənləşdirdikləri bir ovuc torpağa məhkum etmək istəyirdilər. Eyni şeyi bu gün Hələbdə təkrarlayırlar. Bu gün həm bölgəmiz, həm də ölkəmiz üzərində çox alçaq və qanlı oyunlar aparılır. Bölgəmizi vətəndaş müharibələri və məzhəb savaşları ilə məhv etmək istəyirlər. Bilməmiz gərəkən əsas şey bunun böyük güclərin savaşı olmasıdır. Ölkəmizi viran qoymaq istəyənlərə izn verməyəcəyik. Vətənimizin tək bir qarış torpağına göz dikənin gözlərini çıxarmaq bizim namus borcumuzdur. Buradan bütün vətəndaşlarıma səslənirəm: Konstitusiyanın 104-cü maddəsini nəzərə alaraq, Türkiyə prezidenti kimi PKK, İŞİD, FETÖ, DHKP-C və digər terror təşkilatlarına qarşı milli səfərbərlik elan edirəm”.

  "Yaşıl çay"