FES-in qərarı dünyaya 1 trilyon zərər vurdu

Amerikanın Federal Ehtiyatlar Sisteminin sonuncu açıqlamasından sonra qlobal səhmlər və istiqrazlar bazarı təxminən 1 trilyon dollar itirib.

Axar.az xəbər verir ki, FES açıqlaması istiqrazlar bazarına 430 milyard dollar zərər vurub. Burada həmçinin Çinin istiqraz bazarında yaranan problemlər də böyük rol oynayıb. Səhm bazarı isə 525 milyard dollar itirib.

Maraqlı məqam orasıdır ki, FES-in son iclası dünya bazarlarının praktiki olaraq Trampın qələbəsindən sonra əldə etdikləri bütün artımı itirməsinə şərait yaradıb.

Qeyd edək ki, FES-in Direktorlar Şurası uçot dərəcəsini 0,5‒ 0,75%-dək artırmaq barədə qərar qəbul edib. Federal Ehtiyatlar Sistemi eyni zamanda 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artıracağını da bəyan edib.

  "Yaşıl çay"