Rusiya səfirini öldürən qatilin 900 illik şifrəsi – ŞOK DETAL

Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə 900 il öncə mövcud olmuş haşhaşilər təriqətinin sui-qəsd metodu eynidir.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin yazarı Mehmet Acet çıxış edib.

Türkiyəli yazar qeyd edib ki, ingilis dilində sui-qəsd mənasını verən “assassination” sözü ərəb dilində “haşhaşin” ifadəsindən törəyib.

“Bu kəlmənin 900 illik tarixi var. Haşhaşilər orta əsrlərdə İslam dünyasına qan qusduran, bütün mübarizəsini müsəlmanlara qarşı aparan, Böyük Səlcuq Dövlətinə zərbələr vuran təriqətdir. 200 illik mövcudluqdan sonra Monqol istilaları ilə məhv edilib. Rusiya səfirinin qətlində bu təriqətin metodu istifadə olundu. Qatil polis kimi davranır, üz ifadəsi, duruşu, paltarı heç bir şübhə oyatmırdı. Qəfil silahını çıxartdı və səfiri öldürdü. Burada haşhaşilərlə ortaq nöqtə budur: haşhaşilər sui-qəsdi yerinə yetirəndən sonra özlərini öldürmürdülər. Gözləyirdilər ki, başqası gəlib onları öldürsün. Yəni bu, PKK, yaxud İŞİD-in intihar hücumlarından fərqlənir. Rus səfirini öldürən qatil də özünü öldürmədi, gözlədi ki, başqası onu öldürsün”, - deyə o bildirib.

Yazar qatilin FETÖ-yə yaxınlığına diqqət çəkərək, qeyd edib ki, Fətullah Gülən təşkilatı ilə haşhaşilər təriqəti arasında bənzərliklər mövcuddur.

  "Yaşıl çay