Kerri: “Qüds İsrail və Fələstinin paytaxtı olmalıdır”

Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır.
 
Bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
 
O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb. C.Kerrinin sözlərinə görə, rəsmi Tel-Əviv və Fələstin muxtariyyəti sülh prosesinin nizamlanmasının pozulma təhlükəsinə görə məsuliyyət daşıyırlar.
 
“Nə məskunlaşma siyasətinin yeridilməsi, nə də terror bu prosesə uğur gətirə bilməz”, deyə C.Kerri bildirib. (APA)